Əsas məzmuna keç

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Yalan çıxışlardan qurtulmağın vaxtıdır. Səhv və əsassız iddialar yaymaqla Fransa ictimai rəyə qeyri-sağlam ideyalar aşılamaqdan əl çəkməlidir. Bu...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Yalan çıxışlardan qurtulmağın vaxtıdır. Səhv və əsassız iddialar yaymaqla Fransa ictimai rəyə qeyri-sağlam ideyalar aşılamaqdan əl çəkməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Fransadakı səfirimiz Abdullayeva BFM televiziya kanalında çıxışında deyib.

Ermənilərin ərazisini tərk etməsi ilə bağlı BFM televiziya kanalına dəvət edilmiş səfir Leyla Abdullayeva bildirib ki, ermənilər öz istəkləri ilə gedirlər. “Bu, etnik təmizləmə deyil, Azərbaycanı əsaslandırılmamış fikirlərlə ittiham edə bilməzsiniz. Yalan çıxışlardan qurtulmağın vaxtıdır”,- deyə L.Abdullayeva eyni platformada yalan iddialar irəli sürən erməniyə cavab verib. Bildirib ki, Qarabağdakı ermənilər özləri qalmaq istəmirlər və onları heç kim məcbur etmir.

“Separatçı respublikanın ləğvi elan edildikdən bir gün sonra əhali Qarabağ bölgəsini tərk etmək qərarına gəldi”, - deyə Leyla Abdullayeva bu ərazinin Bakının suveren torpağı olduğunu bir daha xatırladıb. Qeyd edib ki, beynəlxalq ictimaiyyət, eləcə də da Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu təsdiqləyir.

“Reallıq ondan ibarətdir ki, hökuməti Qarabağın sakinlərindən yaşayış yerlərini tərk etməməyi deyib”, - deyə Azərbaycan səfiri diqqətə çatdırıb.

Səfir Leyla Abdullayeva 30 il ərzində azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətindən danışaraq, vəziyyəti bir gecədə dəyişməyin mümkün olmadığın deyib. Vurğulayıb ki, Bakı Qarabağ ermənilərinə dialoq aparmağı təklif edib və artıq Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyət orqanı arasında daha yaxşı ünsiyyət qurmaq və problemləri həll etmək üçün görüşlər keçirilib və keçirilməkdə davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…