Operativ Məlumat Mərkəzi

Lənkəranda itkin düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Lənkəranda itkin düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB
Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə...

Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb. Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Nazirliyikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər