Rusiya xarici işlər naziri Sergey Lavrov Hindistan Respublikasına səfəri və Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib ki, Rusiya Avropa ilə dialoqa hazırdır, lakin “ora-bura qaçıb yalvarmayacaq”.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, o qeyd edib: “Biz Avropa ilə heç bir danışıqlar prosesi tələb etmirik. Prezident Putinin cavabına hazır olduğumuz, amma heç vaxt qaçıb yalvarmayacağımız kontekstində baxılmalıdır”.
Sergey Lavrov həmçinin Avropa rəsmilərinin Rusiya ilə dialoqun zəruriliyi barədə açıqlamalarını ciddi hesab etmədiyini bildirib.