Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Lavrov: "Putin Alyaska görüşündən sonra ABŞ sanksiyalarından təəccübləndi"

2 dəq
Paylaş:
Lavrov: "Putin Alyaska görüşündən sonra ABŞ sanksiyalarından təəccübləndi"

Ukraynadakı nizamlama ilə bağlı üzrə ABŞ-lə razılığa gəldikdən sonra Vaşinqton yeni tətbiq edib”.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu fikri Rusiyanın naziri Sergey Lavrov RT-yə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiyanın ən böyük neft şirkətləri olan “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar Rusiya və ABŞ Prezidentlərinin Alyaskanın Ankoric şəhərində keçirilən görüşündən iki-üç həftə sonra tətbiq edilib.

Lavrov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin sanksiyaların tətbiq olunmasından təəccüblənib.

Nazir bildirib ki, Ankoricdə keçirilən görüş zamanı Rusiya ABŞ-nin böhranının hərtərəfli həlli ilə bağlı təklifini dəstəkləyib, lakin bundan sonra tərəflərin mövqeləri ayrılıb.

Diplomat əlavə edib ki, Alyaskadakı görüşdən sonra Rusiya tərəfi Vaşinqtonun əldə olunan razılaşmaları müzakirə etmək üçün konfrans çağıracağını gözləyirdi, lakin bunun əvəzinə ABŞ yeni sanksiyalar tətbiq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax