ABŞ Yaxın Şərqdəki fəaliyyəti ilə Fələstin dövlətinin yaradılması ehtimalını aradan qaldırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
“Zaman-zaman bəzi tənqidlər səsləndirməsinə baxmayaraq, ABŞ İsrailin Fələstin dövlətinin yaradılmasına dair bütün ümid və gözləntiləri aradan qaldırmağa yönəlmiş hərəkətlərini qeyd-şərtsiz dəstəkləyir”, - o qeyd edib.
Lavrov əlavə edib ki, Yaxın Şərqdə vəziyyət kəskin şəkildə yaxşılaşıb.