Rusiya Federasiyası, Türkiyə, Suriya və İranın kəşfiyyat xidmətləri arasında dördtərəfli formatda təmaslar bu gün də davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
O, Yaxın Şərqdə gərginliyin artdığı bir şəraitdə dörd ölkənin Müdafiə nazirliklərinin rəhbərləri arasında gələcək danışıqların aparıla biləcəyini söyləmək üçün hələ tez olduğuna diqqət çəkib.
"Birbaşa İdlib ətrafında, Fərat çayının o tayında və İsrail-Suriya və İsrail-Livan sərhədlərində vəziyyətin inkişafında hər şey ortaya çıxan faktlardan asılı olacaq", - deyə Lavrentyev bildirib.
Aleksandr Lavrentyev ABŞ ordusunun Suriyadan çıxacağını da proqnozlaşdırıb. Onun sözlərinə görə, Amerika qoşunlarının İraqdan çıxarılması, şübhəsiz ki, ABŞ-ın Suriya ilə bağlı oxşar qərar qəbul etməsinə səbəb olmalıdır. Lavrentyev Amerika rəhbərliyinin ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılmasını mümkün qədər gecikdirməyə çalışacağını istisna etməyib.