Əsas məzmuna keç

Latviya Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb

Latviya Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb

bu barədə Latviya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı ilə...

vətəndaşlarından bütün növ müraciətlərinin qəbulunu dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı ilə əlaqədar olaraq, iyunun 26-dan etibarən Latviyanın xaricdəki diplomatik və konsulluq nümayəndəlikləri Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.

Vurğulanıb ki, əvvəllər sənədləri təqdim etmiş şəxslər lazımi prosedurlardan keçəcəklərinə ümid edə bilərlər:

“İyunun 25-dən əvvəl təqdim edilən sənədlərə baxılacaq”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…