Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İstanbulda su anbarında böyük silah anbarı!

2 dəq
Paylaş:
İstanbulda su anbarında böyük silah anbarı!

İstanbulun Pendik rayonunda yeraltı boş su anbarına gizlədilmiş qanunsuz silah istehsalında istifadə olunacaq 3 min 92 ədəd hissə aşkarlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin əməkdaşları silah qaçaqmalçılığı və qanunsuz silah istehsalına qarşı -axtarış tədbirləri çərçivəsində Pendikdəki ərazini nəzarətə götürüblər.

Ərazi üzərində dron vasitəsilə aparılan müşahidə zamanı şübhəli şəxslərin torpağın altına girib-çıxdığı müəyyən edilib. Aparılan araşdırma nəticəsində həmin şəxslərin daxil olduğu yerin torpaq altındakı boş su olduğu məlum olub.

Hazırlıq tədbirləri başa çatdıqdan sonra göstərilən ünvana keçirən polis əməkdaşları su anbarının içərisində kisələrdə gizlədilmiş, qanunsuz tapança hazırlanmasında istifadə olunan 3 min 92 ədəd silah hissəsi, 1 869 ədəd tapança sürgüsü və müxtəlif silah aksesuarları ələ keçiriblər.

Əməliyyat zamanı dörd şübhəli saxlanılıb.

Qeyd olunub ki, ələ keçirilən bu materiallar üzrə indiyədək bir dəfəyə aşkar edilən ən böyük həcmdə silah istehsal hissələri sayılır.

İstanbul Şəhər Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsində araşdırmalar davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax