Əsas məzmuna keç

Lamiyə ikiqat paralimpiya çempionu oldu

Lamiyə ikiqat paralimpiya çempionu oldu

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında yeni dünya rekordu müəyyənləşdirərək qızıl qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.

11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyə nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı () qabaqlayaraq yeni dünya rekordu müəyyənləşdirib.

Qeyd edək ki, L.Vəliyeva Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.

yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #medal#ikiqat
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…