Laçında daha 25 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Laçında daha 25 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
30.03.2024 15:53
Aa
dəq

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

***

Böyük Qayıdış üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında paytaxtın Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Laçın rayonu bu dəfə 25 ailəyə qucaq açıb, daha 79 laçınlının yurd həsrəti bitib. Onlardan 21 ailə olmaqla, 68 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçənlərdir.

Uzun illər sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar burada böyük coşqu ilə qarşılanıb, Laçının gözəl mənzərəsini seyr ediblər.

Bununla da Laçın şəhərində 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndində isə 215 ailə olmaqla, 819 nəfərin daimi məskunlaşması təmin edilib.

Həftənin ən çox oxunanları

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
DAVAMIN OXU davamın oxu

Azad edilmiş ərazilərdə daha 159 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 159 mina aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Füzuliyə növbəti köç karvanı yola düşüb

Füzuliyə növbəti köç karvanı yola düşüb
DAVAMIN OXU davamın oxu

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırılıb
DAVAMIN OXU davamın oxu