"Laçın yolunda etiraz aksiyaçılarının legitim tələbləri hələ də yerinə yetirilmir" - Nazir

"Laçın yolunda etiraz aksiyaçılarının legitim tələbləri hələ də yerinə yetirilmir" - Nazir
15.02.2023 20:38
Aa
dəq

"Laçın yolunda etiraz aksiyaçılarının legitim tələbləri hələ də yerinə yetirilmir".

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə növbəti telefon danışığı zamanı deyib.

Tərəflər regionda cari vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların perspektivləri barədə müzakirə aparıblar.

Ceyhun Bayramov Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın Laçın yolunda yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verdiyini, lakin Ermənistan tərəfindən Laçın yolunun qeyri-qanuni iqtisadi fəaliyyətlər, erməni hərbçilərinin rotasiyaları, minaların daşınması üçün sui-istifadə edildiyini bildirib. Laçın yolunda etiraz aksiyaçılarının legitim tələblərinin hələ də yerinə yetirilmədiyini qeyd edib. Bölgədə guya “gərgin humanitar” vəziyyət yarandığı barədə iddiaların heç bir əsasının olmadığını vurğulayıb.

Nazir, həmçinin Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol verdiyini diqqətə çatdırıb.

Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həftənin ən çox oxunanları

Blinken İlham Əliyevə zəng etdi

Blinken İlham Əliyevə zəng etdi
DAVAMIN OXU davamın oxu

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi
DAVAMIN OXU davamın oxu

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Meksikanı təbrik edib

Azərbaycan XİN Meksikanı təbrik edib
DAVAMIN OXU davamın oxu