Əsas məzmuna keç

BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB 1

BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB 1

nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 5 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər....

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

"Operativ Məlumat Mərkəzi - OMM" aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 5 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

09:00 ***

Azərbaycanın işğaldan azad edilən ərazilərində faydalı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər, və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun ərazisindən keçən hissəsində keçirilən etiraz aksiyası artıq 65 gündür davam edir.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları həmişəki kimi fəallıq nümayiş etdirirlər. Ekofəallar bu səhəri də Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı , rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…