Növbəti köç karvanı Laçın şəhəri və Zabux kəndinə çatıb - FOTO - YENİLƏNİB

Növbəti köç karvanı Laçın şəhəri və Zabux kəndinə çatıb - FOTO - YENİLƏNİB
30.04.2024 16:55
Aa
dəq

Aprelin 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən xəbərə görə, Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə 2 ailə - 4 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür.

Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarındakı 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Beləliklə, bugünkü (30.04.2024-cü il) köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 493 ailə (1 838 nəfər), Laçın rayonunun Zabux kəndinə cəmi 217 ailə (823 nəfər) köçürülüb.

Həftənin ən çox oxunanları

Rəşad Nəbiyev Hidayət Heydərovu dünya çempionu olması münasibətilə təbrik edib

Rəşad Nəbiyev Hidayət Heydərovu dünya çempionu olması münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib
DAVAMIN OXU davamın oxu

Prezident iyulda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident iyulda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
DAVAMIN OXU davamın oxu

Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?

Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?
DAVAMIN OXU davamın oxu