Operativ Məlumat Mərkəzi

KXDR ABŞ-ı Yaxın Şərqdə “sülh düşməni” adlandırıb

1 dəq
Paylaş:
KXDR ABŞ-ı Yaxın Şərqdə “sülh düşməni” adlandırıb
bu barədə KXDR-in Beynəlxalq Təşkilatlar üzrə Xarici Əlaqələr Departamentinin rəhbəri Ço Çol Su bəyan edib. “İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli...

Birləşmiş Ştatlar Yaxın Şərqdə sülhü pozur və İsrailin “vəhşiliklərinə” göz yumur.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə KXDR-in Beynəlxalq Təşkilatlar üzrə Xarici Əlaqələr Departamentinin rəhbəri Ço Çol Su bəyan edib.

“İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli humanitar faciə İsrailin Qəzza zolağında 500-dən çox dinc sakinin ölümünə səbəb olan xəstəxanaya amansızcasına zərbə endirməsi nəticəsində baş verib".

Ço Çol Su əlavə edib ki, Vaşinqton “qeyri-insani cinayətləri dəstəkləyir”.

“Birləşmiş Ştatlar heç bir tərəddüd etmədən dinc əhalini qətlə yetirən, Yaxın Şərqi böyük humanitar fəlakətə sürükləyən müttəfiqinin vəhşiliklərini fəal şəkildə qəbul edir və dəstəkləyir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər