Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Küveyt İran-ABŞ qarşıdurmasının yeni cəbhəsinə çevrilir

2 dəq
Paylaş:
Küveyt İran-ABŞ qarşıdurmasının yeni cəbhəsinə çevrilir

ABŞ və İran arasında davam edən gərginlik fonunda Körfəz bölgəsində vəziyyəti daha da kəskinləşib. Küveytə yönələn raket və dron hücumlarının artması ölkəni münaqişənin həssas nöqtələrindən birinə çevirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hərbçilərinin İran tərəfindən həyata keçirilən hücumların qarşısını aldığı bildirilir.

Küveytin əsas hədəflərdən birinə çevrilməsinin səbəblərindən biri ölkədə ABŞ üçün strateji əhəmiyyət daşıyan obyektlərin yerləşməsidir. “Camp Arifjan” və “Ali Al Salem” aviabazasında ABŞ hərbçilərinin xidmət etdiyi bildirilir. Küveyt həmçinin Vaşinqtonun NATO üzvü olmayan əsas müttəfiqlərindən biridir.

Analitiklərin fikrincə, İran ABŞ-nin Körfəzdəki tərəfdaşlarına təzyiq göstərməklə Vaşinqtonun fəaliyyətinin siyasi və iqtisadi yükünü artırmağa çalışır.

Küveytin İranla coğrafi yaxınlığı da təhlükəni artıran əsas amillərdəndir. Ölkənin neft ixrac marşrutları, xüsusilə Hörmüz boğazı vasitəsilə həyata keçirilən enerji daşımaları regiondakı eskalasiyadan ciddi şəkildə təsirlənə bilər.

Küveyt hava hücumundan imkanlarını gücləndirmək üçün “Patriot” və “NASAMS” sistemlərindən istifadə edir. Lakin mütəxəssislər bildirirlər ki, kütləvi raket və dron hücumları qarşısında hətta müasir hava hücumundan müdafiə sistemləri də ciddi sınaqla üzləşə bilər.

Beləliklə, İran-ABŞ qarşıdurmasının genişlənməsi Küveyt üçün həm təhlükəsizlik risklərini, həm də müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə