Rusiya hərbi qüvvələri Kursk vilayətinə müdaxilə edən ukraynalı hərbçilərə qarşı əməliyyatları davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynalı hərbçilər Rusiya ərazisinin 10 kilometr dərinliyinə qədər irəliləyiblər.
Hazırda bir neçə kənd ukraynalıların nəzarətindədir.
Rusiya silahlı qüvvələri bir tərəfdən hücumun qarşısını almağa çalışdığı halda, digər tərəfdən bölgə sakinlərini təxliyə edir.
Ukrayna rəhbərliyi Rusiyaya müdaxilənin baş qərargah tərəfindən idarə olunduğunu etiraf etməsə də, prezident Volodimir Zelenski vəziyyəti “Rusiya işğalçı əməllərinin fəsadlarını hiss etməlidir” sözləri ilə şərh edib.
Bu arada, Kurskda açılan cəbhənin atom elektrik stansiyasına yaxın olması narahatlıq doğurub. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi zavoda hər hansı bir zərərin dəyməməsi üçün hər iki tərəfi maksimum tədbirli davranmağa çağırıb. Kurskda fövqəladə vəziyyət davam edir.
Hərbi eskeprtlər bildirirlər ki, Ukraynanın Kurska müdaxiləsi indiyə qədər müşahidə olunan hər hansı bir yoxlama xarakterli əməliyyat deyil, qətiyyətli və hədəfi olan hücum əməliyyatıdır. Kurska müdaxilə müharibənin dinamikasını dəyişə biləcək əməliyyat hesab olunur.