Operativ Məlumat Mərkəzi

Kurskda döyüşlər davam edir

2 dəq
Paylaş:
Kurskda döyüşlər davam edir

hərbi qüvvələri Kursk vilayətinə müdaxilə edən ukraynalı hərbçilərə qarşı əməliyyatları davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynalı hərbçilər Rusiya ərazisinin 10 kilometr dərinliyinə qədər irəliləyiblər.

Hazırda bir neçə kənd ukraynalıların nəzarətindədir.

Rusiya silahlı qüvvələri bir tərəfdən hücumun qarşısını almağa çalışdığı halda, digər tərəfdən bölgə sakinlərini təxliyə edir.

rəhbərliyi Rusiyaya müdaxilənin baş qərargah tərəfindən idarə olunduğunu etiraf etməsə də, Volodimir Zelenski vəziyyəti “Rusiya işğalçı əməllərinin fəsadlarını hiss etməlidir” sözləri ilə şərh edib.

Bu arada, Kurskda açılan cəbhənin atom elektrik stansiyasına yaxın olması narahatlıq doğurub. Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi zavoda hər hansı bir zərərin dəyməməsi üçün hər iki tərəfi maksimum tədbirli davranmağa çağırıb. Kurskda fövqəladə vəziyyət davam edir.

Hərbi eskeprtlər bildirirlər ki, Ukraynanın Kurska müdaxiləsi indiyə qədər müşahidə olunan hər hansı bir yoxlama xarakterli deyil, qətiyyətli və hədəfi olan hücum əməliyyatıdır. Kurska müdaxilə müharibənin dinamikasını dəyişə biləcək əməliyyat hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax