Operativ Məlumat Mərkəzi

"Kürd qardaşlarımızı təhdid edib, əlinə silah verənlər qarşısında məni tapacaq" - Türkiyə prezidenti

2 dəq
Paylaş:
"Kürd qardaşlarımızı təhdid edib, əlinə silah verənlər qarşısında məni tapacaq" - Türkiyə prezidenti
prezident onları haqlarını qoruduğunu bildirib. Ərdoğan Türkiyə Cümhuriyyətinin bu günə qədər kürdlərin haqqını müdafiə etdiyini vurğulayıb. "Səmimi...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında kürdlələ bağlı paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, prezident onları haqlarını qoruduğunu bildirib.

Ərdoğan Türkiyə Cümhuriyyətinin bu günə qədər kürdlərin haqqını müdafiə etdiyini vurğulayıb.

"Səmimi çabalarımızdan xəbərdarsınız. Hansı çətinliklərlə bu günə gəldiyimizi, bizə qarşı qurulan tələləri görmüsünüz. Əlbəttə əksiklərimiz, istəsək də edə bilmədiklərimiz var. Lakin Türkiyəyə qazandırdığımız haqq və ədalət göz önündədir.

Terror təhdidi ilə köhnə Türkiyəni oyatmaq istəyənlər qarşısında məni tapacaq. Kürd uşaqların əlinə silah verib, güllə atdırmağa çalışanlar qarşısında məni görəcək. Haqlarınıza əl uzatmağa çalışanlar qarşısında Rəcəb Tayyib Ərdoğanı tapacaq", - deyə dövlət başçısı bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər