“Çelsi”nin müdafiəçisi Mark Kukurella tezliklə klub ilə yeni uzunmüddətli müqavilə bağlamaq üzrədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Şira məlumat verib.
27 yaşlı ispaniyalı futbolçunun “Çelsi”də qalmaq və baş məşqçi Enzo Mareskanın komandasında əsas oyunçu kimi yer almağa hazır olduğu bildirilib.
Klub bu yay Kukurella üçün bir neçə təklifi rədd edib.
Qeyd edək ki, Kukurella 2022-ci ildə “Çelsi”yə keçib və keçən mövsüm bütün turnirlərdə 54 oyunda iştirak edərək 7 qol vurub və 4 məhsuldar ötürmə edib.