Əsas məzmuna keç

KTMT-nin baş katibi Ermənistanın təşkilatdakı statusunu dəyərləndirib

KTMT-nin baş katibi Ermənistanın təşkilatdakı statusunu dəyərləndirib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olaraq qalır. Bunu beynəlxalq qurumun baş katibi İmanqali Tasmaqambetov deyib....

Təhlükəsizlik Müqaviləsi Təşkilatının () müttəfiqi olaraq qalır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu beynəlxalq qurumun İmanqali Tasmaqambetov deyib.

Tasmaqambetov KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlərə açıqlama verib.

Tədbir iyunun 20-dən 21-dək Qazaxıstanda baş tutub. Eyni zamanda İrəvan görüşdə iştirakdan imtina edib.

"Ermənistan bizim müttəfiqimiz olub və müttəfiqimizdir, Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır", - təşkilatın baş katibi bildirib.

O əlavə edib ki, Ermənistanın KTMT-də qalmaq və ya çıxmaq suveren hüququdur. Eyni zamanda Tasmaqambetov jurnalistlərə təşkilata maliyyənin dayandırılması ilə bağlı sualları İrəvana yönəltməyi tövsiyə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…