Operativ Məlumat Mərkəzi

"Kremonezo" 18 illik həsrətə son qoydu

1 dəq
Paylaş:
"Kremonezo" 18 illik həsrətə son qoydu
“Kremoneze” 18 ildən sonra ilk dəfə İtaliya B Seriyasından A Seriyasına yüksələn və İtaliya kubokunun yarımfinalına vəsiqə qazanan klub kimi tarixə...

“Kremoneze” İtaliya kubokunun 1/4 finalında “Roma”nı məğlub edib (2:1).

"Operativ Məlumat Mərkəzi - OMM" xarici KİV-ə istinadən xəbər verir ki, “Kremoneze” 18 ildən sonra ilk dəfə İtaliya B Seriyasından A Seriyasına yüksələn və İtaliya kubokunun yarımfinalına vəsiqə qazanan klub kimi tarixə düşüb.

Öncədən bunu 2004/05 mövsümündə “Kalyari” bacarmışdı. Yarımfinalda onlar “İnter”ə uduzaraq (2:4) mübarizəni dayandırmışdılar.

“Kremoneze” tarixində ikinci dəfə, 1987-ci ildən bəri isə ilk dəfə İtaliya kubokunun yarımfinal mərhələsinə çıxmaqla, rekordunu təkrarlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər