Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Moskva sülh danışıqlarına yaşıl işıq yandırdı

3 dəq
Paylaş:
Moskva sülh danışıqlarına yaşıl işıq yandırdı

Rusiya Prezidenti Vladimir Putinin ilə İstanbulda əldə olunmuş razılaşmalar əsasında sülh danışıqlarına hazır olması ilə bağlı bəyanatı ictimaiyyətin diqqət mərkəzindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Moskvada jurnalistlərə açıqlamasında danışıb.

Məlumata görə, Peskov Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib. Onun sözlərinə görə, Rusiya rəhbərliyinin müharibənin dayandırılması ilə bağlı əsas prinsipləri iki il əvvəl müəyyənləşdirilib və Vladimir Putin həmin xətti davam etdirir.

Bildirilib ki, İstanbulun mümkün danışıq platforması kimi nəzərdən keçirilməsi məsələsində hələlik konkret razılıq əldə olunmayıb. Peskov qeyd edib ki, vasitəçilik təşəbbüslərinin reallaşması üçün bütün tərəflərin dialoqa hazır olması vacibdir.

Qeyd olunub ki, Kremlin sözçüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik səylərinə münasibət bildirərkən, Avropa ölkələrinin danışıqlar prosesinə yanaşmasının əvvəlcədən aydınlaşdırılmasının zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, müxtəlif tərəflərdən gələn ziddiyyətli açıqlamalar sülh prosesini çətinləşdirir.

Məlumata əsasən, Peskov BRİCS-in Rusiya-Ukrayna danışıqlarında vasitəçi rolunu oynaya bilməyəcəyini də bildirib. O qeyd edib ki, təşkilatın belə bir funksiyanı həyata keçirməsi üçün zəruri institusional mexanizmlər mövcud deyil.

Bildirilib ki, Kremlin sözçüsü ABŞ və İran arasında əldə olunan anlaşmanı da müsbət qiymətləndirərək bunun regional gərginliyin azalmasına və Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verə biləcəyini söyləyib.

Qeyd olunub ki, Peskov çıxışında Rusiya- münasibətlərinə də toxunaraq iki ölkə arasında strateji tərəfdaşlığın davam etdiyini vurğulayıb. O, iqtisadi inteqrasiya və investisiya əməkdaşlığının gələcəkdə də inkişaf etdiriləcəyini bildirib.

Həmçinin Kremlin nümayəndəsi Rusiyanın Belarusun təhlükəsizliyinə dəstəyini bir daha təsdiqləyərək, müttəfiq ölkəyə qarşı yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət göstərməyə hazır olduqlarını bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax