Operativ Məlumat Mərkəzi

Kreml: "Zalujnının istefaya göndərilməsi döyüşlərin gedişinə təsir etməyəcək"

1 dəq
Paylaş:
Kreml: "Zalujnının istefaya göndərilməsi döyüşlərin gedişinə təsir etməyəcək"
bu bardə Rusiya KİV-ləri məlumat yayıb. “Bu vəzifəyə Aleksandr Sırskinin təyin edilməsi heç bir şəkildə hərbi əməliyyatların gedişinə təsir etməyəcək....

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfsransında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının istefaya göndərilməsinin döyüşlərin gedişinə təsir etməyəcəyini deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu bardə Rusiya KİV-ləri məlumat yayıb.

“Bu vəzifəyə Aleksandr Sırskinin təyin edilməsi heç bir şəkildə hərbi əməliyyatların gedişinə təsir etməyəcək. Rusiya məqsədlərinə çatana qədər Ukraynada hərbi əməliyyatları davam etdirəcək”, - D.Peskov bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanının dəyişdiyini açıqlayıb. O, V.Zalujnını istefaya göndərib və bu vəzifəyə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general Aleksandr Sırskini təyin edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər