Operativ Məlumat Mərkəzi

Kreml Vladimir Putinin "Vaqner" rəhbəri ilə görüşdüyünü təsdiqləyib

2 dəq
Paylaş:
Kreml Vladimir Putinin "Vaqner" rəhbəri ilə görüşdüyünü təsdiqləyib

“İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və digər komandirlərlə görüşüb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, görüş Kremldə baş tutub: “İclasda 35 nəfər iştirak edib”.

D.Peskov söyləyib ki, görüşdə Ukrayna cəbhəsindəki durum və iyunun 24-də baş vermiş hadisələr müzakirə olunub: “Həmçinin, komandirlərdən izahat alınıb. “Vaqner” komandirləri Putinə son hadisələrlə bağlı öz versiyalarını təqdim etdilər, onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğuladılar”.

Qeyd edək ki, V.Putinin Kremldə Y.Priqojinlə görüşdüyünü Fransa mətbuatı yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər