Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO sammitinin nəticələrini dəyərləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
“Şimali Atlantika Alyansı bir daha öz mahiyyətini çox aydın şəkildə təsdiqlədi. Bu, münaqişə dövründə münaqişəni davam etdirmək məqsədi ilə yaradılmış ittifaqdır”, - Peskov bildirib.
Onun sözlərinə görə, NATO-ya görə Avropada gərginlik artır.
Kremlin sözçüsü əlavə edib ki, Moskva NATO-nun hərbi infrastrukturunun öz sərhədlərinə doğru irəliləməyə davam etdiyini görür.
Peskov onu da vurğulayıb ki, Şimali Atlantika Alyansının sammitinin yekun sənədləri Qərbin sülh tərəfdarı olmadığını göstərir.