Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, alyans Rusiya Federasiyasına öz düşməni kimi baxdığı və Ukrayna münaqişəsində iştirak etdiyi üçün Moskva NATO sammitini diqqətlə izləyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dmitri Peskov bildirib ki, “biz sammitin gedişatını mümkün qədər yaxından izləyəcəyik. Şimali Atlantika Alyansı Rusiyanı düşmən kimi görən alyansdır, Ukrayna münaqişəsində birbaşa iştirak edən ittifaqdır”.
“Biz ritorikaya, danışıqlara və kağız üzərində qəbul ediləcək qərarlara nəzarət edəcəyik”,- deyə Peskov qeyd edib.
NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.