Operativ Məlumat Mərkəzi

Kreml: Ən qısa zamanda atəşkəs əldə olunmalı və Fələstin müstəqil dövlət olmalıdır

1 dəq
Paylaş:
Kreml: Ən qısa zamanda atəşkəs əldə olunmalı və Fələstin müstəqil dövlət olmalıdır
bu barədə Kremilin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd edib. HƏMAS-ın bütün girovları təcili olaraq azad etməli olduğunu qeyd...

"İsrail-Fələstin münaqişəsi ilə bağlı tezliklə atəşkəs əldə olunmalı və fələstinlilər üçün müstəqil dövlət qurulmalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremilin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd edib.

HƏMAS-ın bütün girovları təcili olaraq azad etməli olduğunu qeyd edən Peskov, "Bu, bizim qəti mövqeyimizdir. Təbii ki, HƏMAS-ı bütün girovların azad edilməsini təmin etməyə çağırırıq", - deyə bildirib.

Peskov, HƏMAS-ın əlində olan Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı münaqişədə iştirak edən bütün tərəflərlə əlaqə saxlamaq üçün bütün imkanlardan istifadə etdiklərini və bu səylərin davam etdiriləcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər