Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kraudfandinq platformaları üçün yeni cərimələr tətbiq edilir

4 dəq
Paylaş:
Kraudfandinq platformaları üçün yeni cərimələr tətbiq edilir

haqqında qanunvericiliyin pozulmasına görə müəyyənləşir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilməsi təklif olunub.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 , şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcəklər.

Kraudfandinq platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Mərkəzi Bankaa təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcəklər.

Qeyd edilib ki, kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcəklər.

Sənədə əsasən, kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə - vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.

Kradufandinq sahəsində kraudfanding platformasının operatoru tərəfindən kraudfanding kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər.

Qanun layihəsinə görə, "Valyuta tənzimi haqqında" Qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin Qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Mərkəzi Banka təqdim edilməməsinə, yaxud həmin qanuna əsasən xaricdən Azərbaycana qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görə fiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 5 %-dən 10 %-dək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 %-dən 20 %-dək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 %-dən 30 %-dək məbləğdə cərimə ediləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax