NASA və yapon alimləri ilk dəfə taxta peyki kosmosa buraxacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 2025-ci ilin yayında NASA və Yaponiyanın CAXA kosmik agentliyi ağacdan hazırlanmış ilk peyki kosmosa buraxmağı planlaşdırır.
Bu innovativ layihə ilə kosmik zibil probleminin həlli ola bilər.
Kioto Universitetinin tədqiqatçıları ağacın kosmosda istifadə üçün ideal olduğunu iddia edərək, bu layihə üzərində fəal işləyirlər.
Onların fikrincə, Yer üzündə ağacdan istifadə edərkən yanma, çürümə və deformasiya ilə bağlı problemlər olsa da, kosmosda bu problemlər yoxdur. Kosmosda oksigen olmadığına görə, ağac yanmır, eləcə də çürüməyə səbəb ola biləcək canlı orqanizmlər də yoxdur.