Operativ Məlumat Mərkəzi

ABŞ Konqresi Venesuelanın yeni liderini seçib.

2 dəq
Paylaş:
ABŞ Konqresi Venesuelanın yeni liderini seçib.
ABŞ Nümayəndələr Palatasının üzvləri Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonu ölkəni demokratik keçidə aparacaq əsas fiqur kimi tanıyıblar.

ABŞ Konqresinin Palatasının Xarici İşlər Komitəsinin üzvləri müxalifətinin lideri Mariya Korina Maçadonu ölkənin yeni rəhbəri kimi dəstəklədiklərini bəyan ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri məlumat yayıb.

Mayk Louler Maçadonun Venesuelanı yeni inkişaf mərhələsinə çıxaracaq potensiala sahib olduğunu vurğulayıb:

"O, Venesuelanı yeni səviyyəyə qaldırmalı olan liderdir. Ölkədə qısa müddət ərzində keçid və seçkilər baş tutmalıdır", - deyə konqresmen bildirib.

Məlumata görə, Kapitolidə keçirilən qapalı görüşdən sonra konqresmen Maykl Makkol da Maçadonun ölkəyə rəhbərlik etmək üçün bütün lazımi keyfiyyətlərə sahib olduğunu təsdiqləyib.

Xatırladaq ki, hazırda Venesuelada siyasi rəqabət yeni müstəviyə keçib. və Delis Rodriqes ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın rəğbətini qazanmaq uğrunda mübarizə aparırlar. Hər iki siyasətçi keçid dövründə Venesuelanı idarə etmək üçün ən uyğun namizəd olduqlarına Trampı inandırmağa çalışır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax