"Komandada qalsaydı, ona əsas heyətdə yer tapardıq"

"Komandada qalsaydı, ona əsas heyətdə yer tapardıq"
28.10.2023 19:23
Aa
dəq

"Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu Harri Keynin "Bavariya"ya getməsindən sonra London klubunun daha yaxşı oynaması ilə bağlı verilən sualı istehza ilə cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, avstraliyalı məşqçi ingilis forvardın gedişindən sonra komandanın necə oynaması haqda da danışıb: 

"Harrisiz daha yaxşı oynadığımız fikri ilə razı deyiləm. Çünki o, bizim üçün oynadığı son görüşdə dörd qol vurmuşdu. Düşünürəm ki, komandada qalsaydı, ona əsas heyətdə yer tapardıq. Amma onun yoxluğu bizə dinamikanı dəyişən fərqli oyunçuları komandaya cəlb etməyə imkan verir. Komandalarımın aydın bir quruluşla oynamasını istəsəm də, hər kəsin oyunun dinamikasını dəyişə biləcəyi balanslaşdırılmış bir heyətə sahib olmağa çalışıram. Harrinin komandada olmaması bizi komanda olaraq dəyişir, çünki biz başqa oyunçulara güvənirik, lakin o, burada olsaydı, struktur eyni qalacaq və rəqib üzərində dominantlıq, təzyiq göstərmək üçün eyni əsaslara sahib olardıq”.

Həftənin ən çox oxunanları

Portuqaliya və İspaniyadan qələbə - Millətlər Liqası

Portuqaliya və İspaniyadan qələbə - Millətlər Liqası
DAVAMIN OXU davamın oxu

Azərbaycanın U-21 millisi Şimali İrlandiyaya uduzub

Azərbaycanın U-21 millisi Şimali İrlandiyaya uduzub
DAVAMIN OXU davamın oxu

Tanınmış baş məşqçi "Neftçi"yə keçə bilər

Tanınmış baş məşqçi
DAVAMIN OXU davamın oxu

Məsut Özil "Zirə" klubunun qonağı olub

Məsut Özil
DAVAMIN OXU davamın oxu

Azərbaycanın U-21 millisi bu gün səfərdə Şimali İrlandiya ilə üz-üzə gələcək

Azərbaycanın U-21 millisi bu gün səfərdə Şimali İrlandiya ilə üz-üzə gələcək
DAVAMIN OXU davamın oxu