Əsas məzmuna keç

Kolleclərə ixtisas seçimi bu gün başa çatır - 05.08.2024

Kolleclərə ixtisas seçimi bu gün başa çatır - 05.08.2024

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas 5 avqust saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi 50-dən, və ya rus dili üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

5 avqust saat 09:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

Azərbaycan bölməsi - 12927; rus bölməsi - 364; cəmi – 13291 nəfər.

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…