Operativ Məlumat Mərkəzi

KİV: Uitkoff Rza Pəhləvi ilə gizli görüş keçirib

1 dəq
Paylaş:
KİV: Uitkoff  Rza Pəhləvi ilə gizli görüş keçirib
bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.Yüksəkvəzifəli amerikalı rəsmilərin bildirdiyinə görə, görüş ötən həftəsonu baş tutub. Qeyd...

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İran müxalifətinin liderlərindən biri, İranın son şahının böyük oğlu Rza Pəhləvi ilə gizli görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.

Yüksəkvəzifəli amerikalı rəsmilərin bildirdiyinə görə, görüş ötən həftəsonu baş tutub.

Qeyd olunur ki, bu təmas İranda kütləvi etirazlar və iğtişaşlar başlayandan sonra ABŞ administrasiyası ilə müxalif qüvvələr arasında yüksək səviyyədə ilk görüşdür.

“Axios”un yazdığına görə, Rza Pəhləvi mövcud hakimiyyətin süqutu halında özünü ölkədə keçid dövrünün lideri kimi təqdim etməyə çalışır. ABŞ tərəfi isə görüşlə bağlı rəsmi açıqlama verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər