Operativ Məlumat Mərkəzi

KİV: Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişir

1 dəq
Paylaş:
KİV: Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişir
bu barədə Ermənistanın "Hraparak" nəşri öz mənbəsinə istinadən məlumat yayıb. “Rusiya hökuməti Qarabağdakı sülhməramlıların komandanı Andrey Volkovu...

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri öz mənbəsinə istinadən məlumat yayıb.

“Rusiya hökuməti Qarabağdakı sülhməramlıların komandanı Andrey Volkovu başqa bir şəxslə əvəzləyərək geri çağırmaq qərarına gəlib.

Yeni komandanın rütbəsi general-polkovnikdir, Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir və Rusiya Müdafiə Nazirliyində iradəsi, keyfiyyətləri ilə tanınır. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb. O, vəziyyəti nizamlamağa gəlir”, - nəşr yazıb.

Nəşr bildirib ki, Volkov artıq getməyə hazırlaşır və gözlənilir ki, yeni komandan yaxın günlərdə Qarabağa gələcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər