Operativ Məlumat Mərkəzi

KİV: Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək

1 dəq
Paylaş:
KİV: Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
bu barədə “The Times of Israel” məlumat yayıb. Netanyahunun ofisindəki mənbənin sözlərinə görə, görüşün iyulun 8-i axşam saatlarında keçirilməsi nəzərdə...

ABŞ-də səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ilə Amerika Prezidenti Donald Tramp gün ərzində daha bir görüş keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Netanyahunun ofisindəki mənbənin sözlərinə görə, görüşün iyulun 8-i axşam saatlarında keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Netanyahu iyulun 7-də Vaşinqtona gəlib. Həmin axşam o, Trampla ilk görüşünü keçirib. “The Times of Israel” qeyd edir ki, iki lider arasında söhbət, İsrail rəsmilərinin fikrincə, çox müsbət və dostluq atmosferində keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər