İsrail Beyrutdakı "Hizbullah" silahlı birləşmələrinin baş komandirlərindən biri Fuad Şokra və Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra bütün ölkələrdəki diplomatik nümayəndəliklərində və missiyalarında təhlükəsizlik tədbirlərini artırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.
Qeyd edilib ki, təhlükəsizlik tədbirləri dünyanın yəhudi müəssisələrində və yəhudi icmalarında da gücləndirilib.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.