Əsas məzmuna keç

Kirkin ailəsinə dəstək üçün 6 milyon dollardan çox ianə toplanıb

Kirkin ailəsinə dəstək üçün 6 milyon dollardan çox ianə toplanıb

bu barədə “Newsweek” portalı məlumat yayıb. Məlumata görə, ianələrin əsas hissəsi – təxminən 4,65 milyon dollar amerikalı jurnalist Taker Karlsonun...

Yuta ştatında öldürülən mühafizəkar Kirkin ailəsinə dəstək və onun xatirəsinə həsr olunmuş tədbirlərin təşkili məqsədilə 6 milyon dollardan çox ianə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Newsweek” portalı məlumat yayıb.

Məlumata görə, ianələrin əsas hissəsi – təxminən 4,65 milyon dollar amerikalı jurnalist Taker Karlsonun təşkil etdiyi kampaniya nəticəsində toplanıb.

Radio aparıcısı Qlenn Bek 500 min dollar, Kirkin rəhbərlik etdiyi "Turning Action" şirkəti isə 1,25 milyon dollardan çox vəsait cəlb edib.

Qeyd edək ki, Çarli Kirk sentyabrın 10-da Yutanın Orem Universitetində çıxışı zamanı silahlı hücuma məruz qalıb. Ağır yaralanan fəal xəstəxanada dünyasını dəyişib.

Qətli törətməkdə şübhəli bilinən Yuta sakini Tayler Ceyms Robinson sentyabrın 11-də saxlanılıb.

Robinson cinayəti etiraf edib. bildirib ki, şübhəlinin mühakimə olunacağına və ölüm cəzası alacağına ümid edir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 09.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…