Operativ Məlumat Mərkəzi

Kir Starmer ABŞ-nin tarif təhdidinə cavab verəcək

1 dəq
Paylaş:
Kir Starmer ABŞ-nin tarif təhdidinə cavab verəcək
bu barədə “Sky News” məlumat yayıb.Bildirilib ki, Baş nazir ABŞ-nin Qrenlandiya məsələsi ilə bağlı Böyük Britaniyaya tarif tətbiq etmək təhdidinə cavab...

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə qarşı tarifləri artırmaqla bağlı təhdidlərindən sonra yanvarın 19-da çıxış edəcək.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, Baş nazir ABŞ-nin Qrenlandiya məsələsi ilə bağlı Böyük Britaniyaya tarif tətbiq etmək təhdidinə cavab verəcək. Açıqlamada qeyd olunur ki, Starmer Avropa təhlükəsizliyi və NATO ilə bağlı mövqeyini bir daha ifadə edəcək və yaranmış vəziyyətə münasibət bildirəcək.

Media yazır ki, Kir Starmer yanvarın 18-i axşam saatlarında Donald Trampla telefon danışığı zamanı tariflərin tətbiqi ilə bağlı təhdidləri “tamamilə səhv” adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər