Ötən gün Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefonla danışıb və Qrenlandiya ilə bağlı mövqeyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Telefon danışığı zamanı liderlər "Mariner" tankerinin saxlanılması üçün birgə əməliyyat, Ukrayna məsələsindəki son hadisələr və ABŞ-nin Venesueladakı əməliyyatını müzakirə ediblər.
Baş nazir həmçinin Qrenlandiya məsələsi ilə bağlı mövqeyini də açıqlayıb.
O, əvvəllər Qrenlandiyanın müdafiəsində Danimarkanı dəstəklədiyini bildirmiş və ərazinin taleyinə heç kimin qərar verməməli olduğunu iddia etmişdi.
Bu ilin əvvəlində ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiyaya iddialarını təkrarlayaraq, ABŞ-nin adaya təhlükəsizlik səbəbləri ilə ehtiyac duyduğunu qeyd etmişdi.