Şimali Koreyanın Prezidenti Kim Çen İn ölkəsinin son silahlarını Rusiyanın Müdafiə naziri Sergey Şoyquya nümayiş etdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Müdafiə nazirinin paytaxt Pxenyana səfəri çərçivəsində baş tutub.
Sərgidə həmçinin qitələrarası ballistik raket (ICMB) də nümayiş olunub.
Xatırladaq ki, ICMB aprel ayında sınaqdan uğurla keçib.