İspaniyanın "Real" klubunun və Fransa millisinin hücumçusu Kilian Mbappenin zədəsi sağalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Marca"ya istinadən xəbər verir ki, futbolçu La Liqanın IX turunda "Xetafe" ilə matçda meydana çıxmağa hazırdır.
Millinin düşərgəsində olarkən topuğundan zədələnən Mbappenin kollektiv məşqlərə qoşulduğu bildirilib.
Qeyd edək ki, "Xetafe" - "Real" oyunu oktyabrın 19-da keçiriləcək.