İran Ali Lideri danışıqların uzadılmasına qarşı çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əli Xəzəryan açıqlama verib.
Bildirilib ki, İranın Ali Lideri Əli Xamenei mövcud şərtlər altında danışıqların uzadılmasını dəstəkləmir.
Xəzəryanın sözlərinə görə, “O, mövcud şərtlər altında danışıqların uzadılmasına qəti şəkildə qarşıdır”.
Qeyd olunub ki, məsələ ilə bağlı əlavə detallara dair rəsmi açıqlama verilməyib.