Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hakan Fidan: Türkiyə Rusiya-Ukrayna sülh danışıqlarının bərpasını dəstəkləyəcək

2 dəq
Paylaş:
Hakan Fidan: Türkiyə Rusiya-Ukrayna sülh danışıqlarının bərpasını dəstəkləyəcək

Rusiya və arasında sülh danışıqlarının bərpasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə hazır olduğunu açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Türkiyənin naziri Kiyevə səfərindən sonra “X” sosial şəbəkəsində paylaşım edib.

Fidan bildirib ki, Ankara Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirir. O qeyd edib ki, Türkiyə tərəfləri yenidən danışıqlar masasına qaytaracaq və davamlı sülhün əldə olunmasına töhfə verəcək addımları dəstəkləyir.

Nazir Ukraynanın xarici işlər naziri ilə görüşünü məhsuldar adlandırıb və iki ölkə arasındakı strateji tərəfdaşlığın gücləndiyini vurğulayıb.

Hakan Fidanın sözlərinə görə, Qara dənizdə təhlükəsizliyin təmin olunması və münaqişənin bu istiqamətdə genişlənməsinin qarşısının alınması üçün Ukraynaya hərbi-dəniz təhlükəsizliyi zəmanətlərinin verilməsi mühüm əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax