Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 22-də İsveçrənin Davos şəhərinə səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, səfərin əsas məqsədi Qəzza zolağı ilə bağlı yaradılan Sülh Şurası xartiyasının imzalama mərasimində iştirak etməkdir.
Nazir bu sənədi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından imzalayacaq.
Qeyd edək ki, Türkiyə lideri daha əvvəl verdiyi açıqlamada bu nüfuzlu qurumda ölkəsini məhz Hakan Fidanın təmsil edəcəyini vurğulamışdı.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl Sülh Şurasına rəhbərlik edəcəyini bəyan edib. Ağ Ev rəhbəri bu strukturun dünyanın ən nüfuzlu və hörmətli dövlətlərinin liderlərindən ibarət olacağını bildirib.