"Kəpəz" futbolçusu Ehtiram Şahverdiyev ilə müqaviləni yeniləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son iki mövsümdə komandada çıxış edən oyunçu ilə birillik anlaşma imzalanıb.
Müdafiəçi mövqeyində oynayan Şahverdiyev son çempionatda Gəncə təmsilçisinin heyətində 35 oyun keçirib. O, 2023/2024-cü illər mövsümündə isə 31 oyunda iki qolla yadda qalıb.