Kəlbəcərin bərpa edilməsi milli ideya məsələsidir - AÇIQLAMA

Kəlbəcərin bərpa edilməsi milli ideya məsələsidir - AÇIQLAMA
02.09.2024 22:12
Aa
dəq

"Prezident İlham Əliyev işğaldan azad olunmuş bölgələrə dəfələrlə səfər edib və bu səfər müddətində də müxtəlif açılış mərasimlərində iştirak edib. İşğaldan azad olunmuş region yenidən qurulur və yenidən bərpa olunur. Bu bölgələrdə müxtəlif böyük infrastruktur layihələr gerçəkləşdirilir. Bütün bunlar Azərbaycan dövlətinin işğaldan azad olunmuş region ilə bağlı həyata keçirdiyi strategiyanın tərkib hissəsidir. Bu gün işğaldan azad olunmuş bölgələrin bərpası bizim üçün milli məsələdir".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Mətin Məmmədli deyib.

O bildirib ki, İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri artıq ənənə halını alıb:

"Həmin torpaqları işğaldan azad etmək necə milli məsələ və ideya idisə, bu gün o torpaqları bərpa etmək də bizim üçün mühüm əhəmiyyət daşıyır. Ölkə başçısı işğaldan azad olunmuş ərazilərə getdikdə yeni tiklilərin, yaşayış massivlərinin açılışında iştirak edir. Eyni zamanda bu səfər müddətində adətən ölkə başçısı müxtəlif məsələlər ilə bağlı vacib açıqlamalar verir. Bu da həmin səfərin əhəmiyyətini daha da artırır".

1725297302_f3a37eaa9bea3c263468dbd3e9e69a89.jpg

Digər müsahibimiz politoloq Tural İsmayılov isə deyir ki, Prezidentin Kəlbəcərə səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycanda bütün abadlıq və quruculuq işləri birbaşa ölkə başçısının nəzarəti altında həyata keçirilir:

"Qarabağdakı quruculuq proseslərinin məhz İlham Əliyevin nəzarəti altında olmağının göstəricilərindən biri odur ki, Prezident bütün gərgin iş rejiminə rəğmən bu proseslər ilə özü birbaşa maraqlanır. Sıx qarfika baxmayaraq, Qarabağa səfərlər edir, orada açılışlar həyata keçir. Kəlbəcər coğrafi mövqe baxımından Qarabağın ən mürəkkəb bölgələrindən biridir. Qısa müddət ərzində nəinki Kəlbəcərdə qurucuqluq işləri həyata keçirildi, həmdə sakinlərin daha rahat yaşaması üçün də lazımı addımlar atıldı".

İqtisadçı ekspert Natiq Cəfərli saytımıza açıqlaması zamanı bildirdi ki, işğaldan azad olunmuş ərazilər, o cümlədən Kəlbəcər hələlik Azərbaycan iqtisaddiyatında mühüm rol oynamır. Amma ümumi şəkildə desək, Kəlbəcər ən prespektivli rayonlardan biridir:

"Kəlbəcərdə təmir-bərpa işləri, infrastrukturun qurulması, təhlükəsizliklə bağlı problemlərin həlli hələ də davam edir. Potensialına görə isə Kəlbəcər Azərbaycanın həm aqrar, həm kənd təsərrüfatı, həm sağlamlıq, həm də eko-turizim olaraq ən gözəl və perspektivli bölgələrindən biridir. Orada infrastrukturun qurulması, yeni otellərin, yolların açılması, müəyyən təhlükəsizlik məsələlərinin birdəfəlik həlli, biznez və aqrar sahədə çalışan fermerlər üçün şəraitin yaradılması gələcəkdə Kəlbəcərin Azərbaycan iqtisadiyyatında mühüm rol oynamasına imkan verəcək".

Mədinə Useynova

1725297305_747073f64c4a09997b413a8a04b0a4cb.jpg

1725297304_1f8ad36bda40a9a26e4da830e47174cb.jpg

1725297302_6b830fb5a69c2651b1bc871b3dc5763c.jpg

Həftənin ən çox oxunanları

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY
DAVAMIN OXU davamın oxu

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq
DAVAMIN OXU davamın oxu

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu