Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kir Starmer NATO-ya sadiqliyini rəsmən təsdiqlədi

2 dəq
Paylaş:
Kir Starmer NATO-ya sadiqliyini rəsmən təsdiqlədi

Böyük Britaniyanın Kir xarici təzyiqlərə və siyasi bəyanatlara baxmayaraq, yalnız ölkənin milli maraqları çərçivəsində hərəkət edəcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Trampın ölkənin NATO-dan çıxa biləcəyi barədə fikirlərini şərh edən Kir Starmer bu təşkilatın dünyanın ən effektiv ittifaqı olaraq qaldığını və onilliklərlə iştirakçılarının təhlükəsizliyini təmin etdiyini vurğulayıb. "Birincisi, NATO dünyada indiyə qədər mövcud olmuş ən effektiv hərbi alyansdır, o, onilliklər boyu təhlükəsizliyimizi təmin edib və biz NATO-ya tam sadiqik", - o deyib.

hökumətinin rəhbəri əlavə edib ki, göstərilən təzyiqlərə və bütün səs-küyə baxmayaraq, o, Böyük Britaniyanın milli maraqlarına əsaslanaraq qərarlar qəbul edəcək. Bununla yanaşı, o əlavə edib ki, Böyük Britaniya Yaxın Şərqdəki münaqişəyə cəlb olunmayacaq: "Məhz buna görə də mən tam aydın şəkildə bildirdim ki, bu, bizim müharibəmiz deyil və biz ona qarışmaq niyyətində deyilik".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkənin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. O, öz qərarını NATO-nun İsrailABŞ-nin İrana qarşı əməliyyatına qoşulmaması ilə izah edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax