Əsas məzmuna keç

"Keçmişin iyerarxiyalarını qorumaqla gələcəyin beynəlxalq nizamını qura bilmərik"

"Keçmişin iyerarxiyalarını qorumaqla gələcəyin beynəlxalq nizamını qura bilmərik"

bununla bağlı "Anadolu" agentliyi məlumat yayıb. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının mövcud strukturu İkinci Dünya Müharibəsindən sonra yaranmış...

en ru

Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Şurasının daimi üzvlərinin veto hüququnun ləğv edilməsini və Baş Assambleyanın rolunun gücləndirilməsini təklif edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Anadolu" agentliyi məlumat yayıb.

O qeyd edib ki, BMT Şurasının mövcud strukturu İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya nizamını əks etdirir və artıq müasir reallıqlara cavab vermir.

"Pandemiyalar, enerji böhranları və regional münaqişələr göstərib ki, qlobal problemlərin həllinin bir neçə dövlətin iradəsindən asılı olması qəbuledilməzdir", - o qeyd edib.

Türkiyə liderinin fikrincə, Təhlükəsizlik Şurasına yeni daimi üzvlərin əlavə edilməsi mövcud problemi həll etmir, buna görə də veto hüququ tamamilə ləğv olunmalıdır.

O, Şuranın daimi üzvlər olmadan formalaşdırılmasını, üzvlərin isə BMT Baş Assambleyası tərəfindən müəyyən müddətə seçilməsini təklif edib:

"Eyni zamanda, Baş Assambleyanın səlahiyyətləri genişləndirilməli və Təhlükəsizlik Şurası onun qarşısında hesabat verməlidir".

"Keçmişin iyerarxiyalarını qorumaqla gələcəyin nizamını qura ", - Türkiyə prezidenti vurğulayıb.

O, Asiyanın artan iqtisadi rolunu və Afrikanın daha geniş təmsil olunması zərurətini qeyd edərək, Ankaranın daha ədalətli dünya nizamı üçün bu təşəbbüsləri müdafiə etməyə davam edəcəyini bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…