Keçmiş məhkumlar mal-qara oğurluğuna görə saxlanılıblar

Keçmiş məhkumlar mal-qara oğurluğuna görə saxlanılıblar
04.11.2023 09:10
Aa
dəq

Cəlilabadlı keçmiş məhkumlar Lənkəranda mal-qara oğurluğuna görə saxlanılıblar. Saxlanılarkən onların birindən tapança aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərgəlan, Şağlakücə, Haftoni və Ləj kəndlərinin ərazisindəki örüş sahələrindən müxtəlif vaxtlarda, ümumilikdə, 17 nəfərə məxsus mal-qaranı oğurlayan şəxslər saxlanılıb. Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, gəzdirmə maddələri ilə məhkum olunmuş Anar Sarxanov və cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi Ramil Əliyev olduqları müəyyən edilib. Məlum olub ki, həmin şəxslər örüş sahələrindən oğurladıqları mal-qaranı A.Sarxanovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə müxtəlif rayonların ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Həmin şəxslər saxlanılarkən Ramil Əliyevin üzərindən “Makarov” tipli tapança və həmin silaha aid 3 ədəd patron aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Əliyevin həmin odlu silahı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi digər şəxsdən - Salyan rayon sakini, əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Rövşən Mehtiyevdən əldə etdiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən Salyan rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilən R.Mehtiyev həmin odlu silahı artıq vəfat etmiş atasından əldə etdiyini bildirib.

Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu