Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qazaxıstan Rusiya ilə sərhəddə yanacaq qaçaqmalçılığına qarşı tədbirləri gücləndirdi

3 dəq
Paylaş:
Qazaxıstan Rusiya ilə sərhəddə yanacaq qaçaqmalçılığına qarşı tədbirləri gücləndirdi

hakimiyyəti və digər qonşu ölkələrdən gələn vasitələrinin sərhədi keçməsi ilə bağlı yeni tətbiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni qaydalara əsasən, avtomobillərin sutka ərzində sərhədi yalnız bir dəfə keçməsinə icazə verilir.

Məlumata görə, bu addım ölkədən qanunsuz yanacaq ixracının qarşısını almaq və sərhəd nəzarətini gücləndirmək məqsədi daşıyır.

Bildirilib ki, Qazaxıstan energetika nazirinin müavini Qayırxan Tutkışbayev açıqlamasında həm yük, həm də sərnişin daşıyan vasitələri üçün gündəlik keçid limitinin tətbiq edildiyini qeyd edib. Həmçinin avtomobillərdə qanunsuz yanacaq daşınması üçün quraşdırılan əlavə çənlərin aşkarlanması istiqamətində yoxlamaların aparıldığı vurğulanıb.

Qeyd olunub ki, "Forbes Kazakhstan" nəşrinin məlumatına görə, Rusiyanın Samara, Saratov və Orenburq vilayətlərindən gələn sürücülərin Qazaxıstanın qərb bölgələrində yerləşən yanacaqdoldurma məntəqələrinə marağı artıb. Qazaxıstan rəsmiləri ilin əvvəlindən ölkədən neft məhsullarının qanunsuz çıxarılması ilə bağlı 600-ə yaxın cəhdin qarşısının alındığını açıqlayıb.

Məlumata əsasən, Qazaxıstanın qərb bölgələrində benzin qiymətləri Rusiyadakı qiymətlərdən təxminən 50 faiz aşağıdır.

Bildirilib ki, Rusiyada yaranan yanacaq qıtlığı və qiymət artımı Ukraynanın Rusiya enerji infrastrukturuna, xüsusilə neft emalı zavodlarına endirdiyi zərbələrlə əlaqələndirilir. Hücumlar nəticəsində yanacaq təchizatında fasilələr yarandığı qeyd olunur.

Qeyd edək ki, Rusiya hökuməti daxili bazarı qorumaq məqsədilə dizel yanacağının ixracına məhdudiyyətlər tətbiq edib və Hindistandan benzin idxalına başlayıb. Rusiya Prezidenti Vladimir Putin isə yanacaq qıtlığını etiraf etsə də, vəziyyətin kritik olmadığını bildirib.

Xatırladaq ki, Qazaxıstan enerji təhlükəsizliyini təmin etmək məqsədilə benzin, dizel və digər neft məhsullarının ixracına 21 noyabr 2026-cı il tarixinədək qadağa tətbiq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax